23 illik rekordu yenilədi
Milli Xokkey Liqasının müntəzəm mövsümünün növbəti matçında “Kolorado Avalanş” “Vaşinqton Kapitls”ı qəbul və məğlub edib – 6:2.
Aut.az xəbər verir ki, Kolorado təmsilçisinin hücumçusu Natan MakKinnon bu görüşdə 4 dəfə fərqlənərək ev oyunlarındakı qol seriyasını 24 matça çatdırıb. Beləliklə, MakKinnon klub tarixinin 23 illik rekordunu yeniləyib. O, 2000/2001 mövsümündə ardıcıl 23 ev oyununda fərqlənən Co Sakiçin rekordunu qırıb.
Qeyd etmək lazımdır ki, MacKinnonun hazırkı seriyası cari NHL müntəzəm mövsümünün başlanğıcına təsadüf edir.
