Qretski: Babam rus idi, rekordumu rus qırsa…
Əfsanəvi kanadalı xokkeyçi Ueyn Qretski Aleksandr Oveçkinin onun rekordunu təkrarlamasına münasibət bildirib.
Aut.az xəbər verir ki, Qretski buna görə zərrə qədər də təəssüflənmədiyini bildirib.
“Mən Aleks üçün xoşbəxtəm. Mənim babam rus idi, rekordumu rus qırsa, çox sevinərdi. Aleks əla oğlandır”, – TASS Qretskidən sitat gətirib.
Oveçkin “Çikaqo” ilə görüşdə (5:3) iki dəfə fərqlənib. İndi onun NHL müntəzəm mövsümündə 894 qolu var.
Aut.az
