Öz rekordunu yenilədi: Tarixi rekorda 68 qol qalıb
“Vaşinqton Kepitals”ın hücumçusu Aleksandr Oveçkin “Nyu-York Ayleners”ə qarşı oyunda öz rekordunu yeniləyib.
Aut.az xəbər verir ki, 38 yaşlı Oveçkin 141-ci dəfə oyunda ilk qolu vuraraq öz rekordunu yeniləyib. Bu göstəricidə ikinci yeri çexiyalı Yaromir Yaqr (135), üçüncü yerdə isə Brett Hull (131) tutur.
Qarşılaşma 4:1 hesabı ilə “Vaşinqton”un qələbəsi ilə başa çatıb. Bu oyundan sonra 38 yaşlı rusiyalı MXL-də qol sayını 826-ya çatdırıb.
Bu göstəriciyə görə rusiyalı 894 qolu olan kanadalı Ueyn Qretskidən sonra ikinci yerdədir. Oveçkinin rekorda çatmasına 68 qol qalıb.
Aut.az
