Məşhur məşqçi jurnalistləri faşistlərə bənzətdi
Sankt-Peterburqun SKA xokkey klubunun baş məşqçisi Roman Rotenberq jurnalistlərin işini tənqid edib.
Aut.az xəbər verir ki, Rotenberq jurnalistləri faşistlərlə müqayisə edib.
Mütəxəssis bildirib ki, mətbuatda komandası ilə bağlı tənqidi yazılar çox vaxt gecə və ya səhər tezdən dərc olunur. “Bilirsiniz, hərbi elmdə olduğu kimi: hücum etmək lazım olanda – gecə. Nasistlər hücum etdikləri kimi, gecələr hücuma keçirlər”, – Rotenberq bildirib.
Baş məşqçi jurnalistləri tənqidi davam etdirməyə çağırıb. “Əgər hər hansı konstruktiv tənqid varsa, onu dərhal müzakirə edək. Yaxşı olar ki, bizi danlasınlar. Daha yaxşı oynayacağıq”, – Rotenberq bildirib.
Aut.az
