Oveçkindən karyerası ilə bağlı açıqlama: Bu mövsüm sonuncudur?
“Vaşinqton Kapitals”ın hücumçusu Aleksandr Oveçkin 2026/2027 mövsümünün onun üçün sonuncu olub-olmayacağı ilə bağlı sualı cavablandırıb. 40 yaşlı hücumçu daha əvvəl “Kapitals”la bir illik müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, jurnalist Qrant Paulsen Oveçkinin sözlərini sitat gətirib:
“Bilmirəm. Görərik. Hazırda diqqətimi bu il geri qayıtmağa, hələ də yaxşı oyunçu olduğumu göstərməyə, komandanın qələbə qazanmasına kömək etməyə yönəltmişəm”.
Oveçkin NHL-in müntəzəm mövsümündə 929 qolla bütün zamanların ən çox qol vuran oyunçusudur. O, liqanın bütün zamanların pley-off qol siyahısında 1006 qolla Ueyn Qretskidən (1016) sonra ikinci yerdədir.
Aut.az
