Oveçkinin xaç atası öldü
Dünya çempionu, SSRİ çempionatının mükafatçısı və Moskva “Dinamo”sunun keçmiş müdafiəçisi Aleksandr Filippov 75 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “ağ-göylər”in mətbuat xidməti məlumat yayıb.
“Klubun üzvü kimi Aleksandr Nikolayeviç iki dəfə SSRİ Kubokunu qazanıb və dəfələrlə SSRİ çempionatının medalçısı olub. Milli komanda ilə birlikdə 1975-ci il Dünya Çempionatında qızıl medal qazanıb. “Dinamo Moskva” xokkey klubu Aleksandr Nikolayeviçin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir”, – deyə komandanın açıqlamasında bildirilir.
Filippov Milli Xokkey Liqasının müntəzəm mövsümü tarixində ən yaxşı snayper Aleksandr Oveçkinin ilk məşqçisi və xaç atasıdır.
Aut.az
