Hokkey

Dayanmaq bilmir: Tarixi rekorda 11 qol qaldı

“Vaşinqton Capitals”ın rusiyalı hücumçusu Aleksandr Oveçkin NHL-in adi mövsümündə “Kalqari Fleyms”lə ev oyununda qol vurub.

Aut.az xəbər verir ki, 39 yaşlı Oveçkin üçün bu, NHL çempionatlarında 883-cü qol olub. Beləliklə, Aleksandr 894 qolu olan Ueyn Qretskinin snayper rekorduna daha bir addım yaxınlaşıb.

Oveçkin indi Qretskinin rekordundan 11 qol geri qalır.

Aleksandr həmçinin müntəzəm NHL çempionatlarında 714 məhsuldar ötürmə edib. Beləliklə, ümumilikdə, rusiyalı forvard karyerası ərzində NHL-in adi mövsümlərində 1597 xal toplayıb.

Aut.az