Hokkey

Əfsanə klubunu satır

“Pittsburq”la ikiqat Stenli Kubokunun qalibi Yaromir Yaqr Çexiyanın “Kladno” klubunu satır.

Aut.az xəbər verir ki, bu barədə “idnes.cz” məlumat yayıb.

“Kladno”nun 80%-nin sahibi iş adamı Tomas Drastil olacaq. Qalan səhmlər Yaqrda qalacaq. Razılaşma yanvarın 30-da keçiriləcək xüsusi konfransda rəsmən elan ediləcək.

Yaqr “Kladno”nun səhmlərinin nəzarət paketini 2011-ci ildə əldə edib. O vaxtdan bəri, Yaqr bir oyunçu və klub sahibi kimi karyerasını birləşdirdi. Bu mövsüm 52 yaşlı Yaromir 26 oyun keçirib və 11 (4+7) xal toplayıb.

Aut.az