Hokkey

Köynəyində “Rusiya” yazılmış azarkeşi tribunada soyundurdular

Finlandiyada keçirilən xokkey üzrə dünya çempionatında azarkeşə qarşı qadağa tətbiq olunub.

Aut.az xəbər verir ki, Tampere şəhərində keçirilən İsveç – Macarıstan komandalarının oyununda macar azarkeşin köynəyinin üzərindəki “Rusiya” yazısı təşkilatçıların diqqətini cəlb edib.

Bu barədə “İlta-Sanomat” qəzeti məlumat yayıb.

Təşkilatçılar  azarkeşdən köynəyi çıxartmağı tələb ediblər. Fanat təşkilatçıların bu tələbi yerinə yetirib.

Aut.az