Mayamiyə uçdu: Gizli tərəfdaşla məşq edəcək
“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin NHL çempionatında yaranan fasiləni dəyərləndirmək istəyir.
Aut.az xəbər verir ki, Oveçkin bu müddətdə gizli tərəfdaşla məşq edəcək. Onun klubunun növbəti oyunu fevralın 22-də olacaq.
Oveçkin ailəsi ilə birlikdə Mayamiyə uçduğunu və “kiçik təlim-məşq toplanışı” keçirəcəyini bildirib. O, məşq edəcəyi şəxsin adını açıqlamayıb, yalnız NHL-də oynadığını bildirib.
“Gəlin bir az tapmaca yaradaq. Bu, İlya Kovalçuk deyil, amma məşhur insandır”, – Oveçkin deyib.
Aut.az
