Oveçkinin zədəsi ciddidir? – Anası deyir ki…
“Vaşinqton Kapitals”ın kapitanı Aleksandr Oveçkinin anası Tatyana Oveçkina oğlunun zədəsinə görə narahat olmağa ehtiyac olmadığını bildirib.
Aut.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib:
“Narahat olmayın, o, yaxşı olacaq. Biz hamımız onun oynamağa başlamasını gözləyirik”.
Xatırladaq ki, 40 yaşlı forvard sentyabrın 18-də ilk məşqini başa vura bilməyib. Rusiyalı zədə səbəbindən buz meydanını erkən tərk edib, lakin sonradan “Kapitals”ın baş məşqçisi Spenser Karberi zədənin ciddi olmadığını bildirib.
Aut.az
