Dünya futboluAtletikaBasketbolBoksHokkeyQaydasız döyüş

Süni intilekt tarixin 10 ən yaxşı idmançısını açıqladı: Siyahıda Messi var, bəs Ronaldo?

Məşhur “GiveMeSport” internet nəşri süni intellektdən istifadə etməklə tərtib olunmuş tarixin 10 ən yaxşı idmançısının reytinqini dərc edib.

Aut.az xəbər verir ki, amerikalı basketbolçu Maykl Cordan süni intellekt tərəfindən bütün zamanların ən yaxşı idmançısı kimi tanınıb. O, iki dəfə Olimpiya Oyunlarının qalibi, 6 NBA üzük və 5 NBA MVP mükafatına sahibdir.

İkinci yerdə amerikalı boksçu, ağır çəkidə mütləq dünya çempionu və 1960-cı il Olimpiya Oyunlarının çempionu Məhəmməd Əlidir.

“İlk üçlüy”ü əfsanəvi braziliyalı futbolçu Pele qapayır. Hücumçunun karyerası ötən əsrin 50-70-ci illərini əhatə edib. O, üç dəfə dünya çempionu olmağı bacarıb.

Maraqlıdır ki, “ilk onluğ”a futbolçu Kriştiano Ronaldo və boksçu Mayk Tayson kimi əfsanələr, eləcə də bir çox digər görkəmli idman xadimləri daxil ola bilməyib. Ronaldonun əzəli rəqiib Lionel Messi isə beşinci olub.

Aut.az

Süni intilekt tarixin 10 ən yaxşı idmançısını açıqladı: Siyahıda Messi var, bəs Ronaldo?