Nüfulzu turnir ləğv edildi: Müflis olublar?
Noyabrın 16-da Parisdə baş tutmalı olan “Bellator Championship Series” turniri ləğv edilib.
Aut.az xəbər verir ki, bu barədə promosyonun sahibi olan PFL nümayəndələri məlumat verib.
Turnirdəki bütün döyüşlər, o cümlədən Patrick Mixks və Leandro İqo arasında əsas görüş başqa turnirlərdə baş tutacaq. Lakin yarışın hansı olduğu hələ məlum deyil.
Bilet alanların pulu geri qaytarılacaq.
Çox güman ki, PFL təmsilçiləri tezliklə “Bellator”un fəaliyyətini dayandırdığını və qurumun tamamilə müflüs olduğunu elan edəcəklər.
Aut.az
