Qaydasız döyüş

Həbib UFC-nin gələcəyinin kim olduğunu açıqladı

Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov əmisi oğlu, yüngül çəkidə “Bellator” çempionu Usman Nurməhəmmədov haqqında fikirlərini bölüşüb.

Bazar günü, sentyabrın 8-də Usman Nurməhəmmədov ABŞ-da keçiriləcək turnirdə rusiyalı Aleksandr Şabliy ilə yüngül çəkidə titul döyüşü keçirəcək.

“Usman Nurməhəmmədov idmanımızın gələcəyidir. O, zalımızın gənc nəslidir. Atam məni də, onu da məşq etdirib. İndi də mən onun məşqçisiyəm. Uzun illər idman zalında birlikdə keçirdik, 15 ildən çox.

O, həmişə çox rəqabətli idi. Buna görə də, hələ də məğlubedilməzdir.  O, “Bellator” çempionudur və titulunu qoruyacaq. Növbəti döyüşdə o, niyə hazırda dünyanın ən yaxşılarından biri olduğunu göstərəcək və bunu sübut edəcək”, – deyə Həbib “Bellator” mətbuat xidmətinə müsahibəsində bildirib.

Usman Nurməhəmmədov MMA-da 17 döyüş keçirib və 17 qələbə qazanıb. Aleksandr Şabliy keçirdiyi 27 döyüşdə 24 qələbə qazanıb.

Aut.az