Qaydasız döyüş

Onunla yalnız Həbib və Konor dost olmağı bacarıb – Sexudo kimi deyir?

Keçmiş UFC çempionu Henri Sexudo bildirib ki, promosyonun rəhbəri Deyn  Uaytın çox az etibar etdiyi insanlar var.

Aut.az xəbər verir ki, o, Uaytın Həbib Nurməhəmmədov və Konor Makqreqorla dost olduğunu bildirib.

“Deyn ilə həqiqətən yaxın münasibəti olan insanlar çox deyil. Onu tanıyanlarla danışa bilərsən… onun çox kiçik bir etibarlı çevrəsi var.

Deyn ilə şəxsi təcrübəmdən bilirəm ki, o, döyüşçülərə yaxınlaşmır. Məncə, onunla dost olmağı bacaran yeganə şəxslər Həbib və Konordur”, – “Bloody Elbow” Sexudodan sitat gətirib.

Aut.az