Qaydasız döyüş

Həbibin maliyyə hesabları blokdan çıxarıldı

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun təsis etdiyi Təhsil, İdman və Sosial Təşəbbüslərin İnkişafı Fondu yenidən maliyyə hesablarına çıxış əldə edib.

Aut.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayəb.

Əvvəllər Rusiya Federal Vergi Xidməti borclarına görə bu fondun hesablarını bloklamışdı. Eyni qərar Həbib Nurməhəmmədov adına Xeyriyyə Fondunun hesabları ilə bağlı da verilib. Bu təşkilatın hesabları üzrə əməliyyatlar hələ də 3,5 min rubl məbləğində borc ucbatından blokdadır.

Ötən yay məlum olub ki, Nurməhəmmədovun hesablar üzrə borcu 79 milyon rubl təşkil edib.

Aut.az