Qaydasız döyüş

Anası karyerasını bitirməsini tələb edir: Həbiblə görüşəcək

UFC-nin yarımorta çəki çempionu İslam Mahaçev anasının idman karyerasına son qoyması üçün etdiyi yalvarışlardan danışıb.

2020-ci ildə Mahaçevin dostu, UFC əfsanəsi Həbib Nurməhəmmədov anasının xahişi ilə karyerasını bitirmişdi.

Aut.az xəbər verir ki, Mahaçev Murad LaRiba ilə müsahibəsində deyib:

“Bu, ağrılı bir mövzudur. Dünya Döyüş Sambosu Çempionatında qalib gələndə anam mənə dedi ki, “İslam, sizdə Olimpiada yoxdur, Dünya Çempionatını qazandın. Bəsdir”.

Və artıq uzun illərdir ki, belədir. O vaxtdan bəri anamla bu barədə daim danışıram. Son vaxtlar o da mənə deyir ki, “Xəbib anasını dinlədi, amma sən qulaq asmaq istəmirsən”.

İndi isə deyir ki, “Mən Həbibi görmək istəyirəm. Danışmalıyıq”.

Mən də deyirəm ki, onunla nə barədə danışmalısan?! Hələ görüşü təşkil etməmişəm, amma söhbətin mövzusunu başa düşürəm. Əgər anam məsələni açıq şəkildə ortaya qoysa, mən gedəcəm”.

İslam Mahaçev 29 MMA döyüşü keçirib və 28-də qalib gəlib. O, UFC-nin pound-for-pound reytinqində birinci yerdədir.

Aut.az