Çempionu Ağ Evə buraxmırlar?
UFC prezidenti Deyna Uayt iyunun 15-də ağda evdə keçiriləcək UFC turnirinə orta çəkidə çempion Şon Striklendin buraxılmayacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Aut.az xəbər verir ki, o, iddiaları təkzib edərək tədbirlə bağlı heç bir qadağanın olmadığını vurğulayıb:
“Belə görünür ki, guya hər şey qadağan edilib. Əlbəttə, Şon Striklendin Ağ Evdə keçiriləcək UFC turnirinə qatılması qadağan olunmayıb. Şon Striklend sanki bütün bəşəriyyət üçün qadağadadır, aydındır? Biz onun insanların yanında görünməsini istəmirik. O, “Power Slap” turnirlərinə gəlir, dava salır və özü də açıq şəkildə bildirib ki, bu tədbirdə iştirak etmək istəmir. İndi isə görünür, Şon deyir ki, onu tədbirə buraxmırlar.
Heç kim uzaqlaşdırılmayıb. Heç kimin musiqisinə qadağa qoyulmayıb. Heç bir media nümayəndəsi tədbirdən kənarlaşdırılmayıb. Bu siyahını uzatmaq olar. Sözün həqiqi mənasında, bu tədbirdən heç kim uzaqlaşdırılmayıb. Ətrafda çoxlu əsassız söhbətlər dolaşır. Heç kimə qadağa qoyulmayıb”.
Aut.az
