Bir ömürdə iki dəfə lotereya qazanmaq – “Real”ın əfsanəsi “Barsa”ya həsəd aparır
“Real Madrid”in keçmiş hücumçusu və məşqçisi Xorxe Valdano “Barselona”nın cinah oyunçusu Lamin Yamalı tərifləyib.
Aut.az xəbər verir ki, AS Valdanonun sözlərini sitat gətirib: “Barselona” çox şanslıdır. Yamalın Messidən sonra gəlməsi, bir ömürdə iki dəfə lotereya qazanmaq kimidir”.
Yamal 2025/2026 Primera mövsümünün ən yaxşı futbolçusu seçilib.
Qanad oyunçusu İspaniya liqasının son mövsümündə Kataloniya klubunda 28 oyun keçirib, 16 qol vurub və 12 məhsuldar ötürmə edib. Lamin Yamalın “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. Satınalma maddəsi 1 milyard avrodur. “Transfermarkt”ın məlumatına görə, oyunçunun dəyəri 200 milyon avrodur.
Aut.az
