İspaniya

“Vanda Metropolitano” böyüdü

“Atletiko” ev oyunlarını keçirdiyi “Vanda Metropolitano” stadionuyla bağlı yeni qərar verib.

Aut.az xəbər verir ki, arenanın azarkeş tutumu 70 460 nəfərə qədər artırılıb. Bu barədə klubun saytı məlumat yayıb.

Bildirilr ki, artım azarkeşlərin tələbatının ödənilməsi zərurəti ilə bağlıdır. Stadionda fiziki məhdudiyyətli və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün yeni oturacaqlar da quraşdırılıb.

Qeyd edək ki, əvvəllər stadionun tutumu 67 703 nəfər idi.