İspaniya

La Liqa klubu gürcü ulduzu 31 milyona aldı – FOTO

İspaniyanın “Vilyarreal” klubu Gürcüstan millisinin hücumçusu Georges Mikautadzeni Fransa “Lion”undan transfer etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, ispanların mətbuat xidmətinin məlumatına görə, klublar transferlə bağlı razılığa gəliblər və futbolçunun özü ilə 6 mövsümlük – 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Mətbuatın yazdığına görə, “Villarreal” Mikautadzenin transferi üçün 31 milyon avro ödəyəcək. “Lion” futbolçunu 18,5 milyon avroya almışdı.

Mikautadze ötən yaydan “Lion”da çıxış edir. Hücumçu əvvəllər Fransanın “Mets”  və Niderlandın “Ayaks” klublarının rənglərini qoruyub. Ötən mövsüm gürcü futbolçu “Lion”un heyətində bütün turnirlərdə 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az

La Liqa klubu gürcü ulduzu 31 milyona aldı – FOTO