Modriç yalnız onlardan geri qaldı
ABŞ-da təşkil olunan klublararası dünya çmpionatının yarımfinal mərhələsinin PSJ ilə görüşü (0:4) “Real”ın əfsanəvi xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçin komandadakı son matçı olub.
Aut.az xəbər verir ki, o, azad agent kimi komandadan ayrılacaq. Karyerasını İtaliya təmsilçisi “Milan”da davam etdirəcək.
Fransa təmsilçisi ilə qarşılaşma Modriçin “qalaktikos”un heyətində keçirdiyi 597-ci matç olub. O, klubun tarixində ən çox oyun keçirən futbolçular siyahısında “ilk onluq”dadır. O, ümumi sıralamada 9-cu, legionerlərin arasında 2-cidir.
Bu göstəricidəki rekordçusu isə 741 oyunla Raul Qonsalesdir.
“Real”ın tarixində ən çox oyun keçirən futbolçular:
-
741 – Raul (İspaniya)
-
725 – İker Kasilyas (İspaniya)
-
710 – Manolo Sançis (İspaniya)
-
671 – Serxio Ramos (İspaniya)
-
648 – Karim Benzema (Fransa)
-
645 – Santilyana (İspaniya)
-
601 – Fernando Hierro (İspaniya)
-
600 – Paco Xento (İspaniya)
-
597 – Luka Modriç (Xorvatiya)
-
577 – Xose Antonio Kamaço (İspaniya)
