İspaniya

Dostu zəng vurub deyir ki, səni sürüyürlər – Buna dəyərmi?

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubundakı işi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Xavi “Marca”ya verdiyi açıqlamada “Barsa”da çalışmağın çox çətin olduğunu etiraf edib. O, təzyiq və təhqirlərə məruz qaldığını da bildirib:

“Məni daim mühakimə və tənqid edirlər. Çətindir, ailəm, balaca uşaqlarım var. “Barsa”nın baş məşqçisi olmağın qazanclı olmadığı vaxtlar çox olur.

Sənə yaxşı məşqçi olmadığını söylədikdə çətin olur. Bəzən tənqiddən xəbərin olmur, dostun zəng vurub deyir ki, səni sürüyürlər.

Həyatımın ən pis günləri “Barsa”nı çalışdırarkən olub.  Dəfələrlə özümə sual vermişəm ki, buna dəyərmi? Maddi cəhətdən heç nəyə ehtiyacım yoxdur… amma mən “Barsa”danam və kluba kömək etmək istəyirəm”.