İspaniyaİtaliya

Onu yenə də İtaliyadan çağırırlar

“Milan” “Atletiko”nun hücumçusu Alvaro Moratanı heyətinə qatmaq istəyir.

Aut.az xəbər verir ki, ispan forvard “qırmızı-qaralar”ın transferdə əsas hədəfidir. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Yaxın günlərdə tərəflər danışıqlara başlayacaqlar. Madrid klubundan əvvəl “Yuventus”un formasnı geyinmiş Alvaro İtaliyaya dönməyə müsbət yanaşır.

Morata 2020-ci ilin yayından “Atletiko”da çıxış edir. Onun klubla sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir. 30 yaşlı hücumçu ötən mövsüm 35 oyunda 15 qol vurub.