“Barsa” Ter Ştegenlə bağlı bəyanat yaydı
“Barselona” sosial şəbəkədə komandanın qapıçısı Mark-Andre ter Ştegenin əməliyyatı ilə bağlı açıqlama yayıb.
Aut.az xəbər verir ki, bundan əvvəl qapıçının bel nahiyəsindən uğurla əməliyyat olunduğu bildirilmişdi.
“Ter Şteqen bel nahiyəsindən uğurla əməliyyat olunub. Bu əməliyyatı həkim Ameli Leqlis Bordo idman klinikasında klubun tibbi xidmətinin nəzarəti altında həyata keçirib. Futbolçu qarşıdakı oyunlarda iştirak etməyəcək. Futbolçunun qayıdışı vaxtı onun sağalmasının gedişatından asılı olacaq”, – məlumatda deyilir.
Daha əvvəl mətbuatda futbolçunun təxminən 4 aya yaxın oynaya bilməyəcəyi barədə məlumatlar yayılmışdı.
Aut.az
