Rodriqo müraciət yaydı: Hekayələr uydurmağı dayandırın, tezliklə…
“Real”ın hücumçusu Rodriqo de Qois insanları onun haqqında şayiələr yaymamağa çağırıb.
Rodriqo La Liqanın 35-ci turunda “Barselona” ilə matçda meydana çıxmadı və bu, bəzilərinin braziliyalının baş məşqçi Karlo Ançelotti ilə münaqişəsi olduğunu düşünməyə səbəb oldu.
Aut.az xəbər verir ki, Rodriqo “X” sosial şəbəkəsində paylaşım edib:
“Bütün mesajlarınız və narahatlıqlarınız üçün təşəkkür edirəm. Tezliklə qayıdacağam. Hekayələr uydurmağı dayandırın”.
Rodriqo bu mövsüm bütün turnirlərdə “Real”ın heyətində 50 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aut.az
