Arda şou göstərir, Madrid ondan danışır – VİDEO
“Real” yeni transferi Arda Gülər ilk gündən yeni komandasının azarkeşlərinin qəlbini fəth etməyə başlayıb.
Aut.az xəbər verir ki, məşqlərə 10 gün tez başlayan türkiyəli vunderkind özünü yaxşı tərəfdən göstərir. Diqqət çəkən məqam isə onun formada olmasıdır. Bu məqam baş məşqçi Karlo Ançelotti və fanatların diqqətin çəkib.
18 yaşlı futbolçunun məşqlər zamanı vurduğu baxımlı qollar Madrid təmsilçisinin sosial şəbəkə hesablarını bəzəməyə başlayıb. Bu da madridli azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.
Həmin qolların görüntülərini təqdim edirik:
