İspaniya

Onları məhkəməyə çağırdılar – Nə məsələdir?

İspaniyanın “Barselona” klubunun sabiq prezidentləri Sandro Rosel və Xosep Mariya Bartomeu İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə təqsirləndirilən şəxs qismində ifadə vermək üçün məhkəməyə çağırılıb.

Aut.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Bartomeu iyunun 17-də ifadə verməlidir, iyunun 30-da keçiriləcək iclasda Neqreyranın oğlu Rosel, eləcə də “Barsa”nın keçmiş icraçı direktoru Oskar Qrau iştirak edəcək.

Yada salaq ki, araşdırmaya görə, 2001-2018-ci illərdə Xose Neqreyra “Barselona”dan konsaltinq xidməti üçün təxminən 7,5 milyon avro alıb. 2024-cü ilin mayında Barselona məhkəməsinin kataloniyalıların “Neqreyra işi”ndə rüşvətxorluqda ittiham edilməsi ilə bağlı qərarı ləğv etdiyi bildirilir.

Sandro Rosel 2010-2014-cü illərdə, Xosep Mariya Bartomeu isə 2014-2020-ci illərdə “Barselona”nın prezidenti olub.

Aut.az