Mbappedən kobud qayda pozuntusu, “qırmızı” aldı – VİDEO
“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqanın 31-ci turunda “Alaves”lə oyunda kobud qayda pozuntusu edib.
Aut.az xəbər verir ki, birinci hissədə fransalı futbolçu açıq ayaqla Antonio Blankonun topuğuna vurub.
Hakim əvvəlcə Mbappeyə sarı vərəqə göstərsə də, VAR hakimlərinin tövsiyəsindən sonra təkrara baxıb və fikrini dəyişərək 38-ci dəqiqədə Kiliana qırmızı vərəqə göstərib.
Aut.az
