İspaniya

“Sevilya” ona tapşırıldı – Üçüncü dəfə

“Sevilya”nın baş məşqçisi Xoakin Kaparros təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl “Sevilya” ardıcıl 4 məğlubiyyətdən sonra baş məşqçisi Xavyer Qarsiya Pimientanı istefaya göndərmişdi.

Kaparros 3-cü dəfə “Sevilya”ya rəhbərlik edəcək. Onun son iş yeri 2022-ci ildə tərk etdiyi Ermənistan millisi olub.

Aut.az