İtaliya

Oyun zamanı huşunu itirən qapıçının son durumu açıqlandı

“Milan”ın qapıçısı Mik Menyan A Seriyasının 32-ci turunun “Udineze” ilə oyununda (4:0) komanda yoldaşı Aleks Ximeneslə toqquşduqdan sonra yerləşdirildiyi xəstəxanadan buraxılıb.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. İtaliya klubunun nümayəndəsi nəşrə bildirib ki, “Mik bu səhər xəstəxanadan evə buraxılıb və vəziyyəti yaxşıdır. O, çərşənbə axşamına, yeni müayinə mərhələsinin baş tutacağına qədər tam istirahət etməlidir”.

Toqquşma nəticəsində fransalı futbolçu huşunu itirərək meydançanı xərəkdə tərk etmişdi.

Aut.az