Qaydasız döyüş

Çempionluq kəmərini geri qaytardı

Aprelin 12-dən 13-nə keçən gecə Mayamidə (ABŞ) qarışıq döyüş növləri üzrə UFC 314 turniri keçirilib.

Aut.az xəbər verir ki, turnirin əsas döyüşlərindən biri titulun keçmiş sahibi Aleksandr Volkanovski ilə bu çəki dərəcəsində aparıcı döyüşçülərdən olan Dieqo Lopes arasında olub.

Döyüş bütün beş raund davam edib və yekdil qərarla (48-47, 49-46, 49-46) Volkanovskinin qələbəsi ilə başa çatıb.

Volkanovskinin MMA-da 27 qələbəsi və 4 məğlubiyyəti var. Lopesin hesabında 23 qələbə və 7 məğlubiyyət var.

Vokanovski yüngül çəki divizionuna keçdiyi üçün İlia Topuriyanın imtina etdiyi UFC çempionluq kəmərini geri qaytarıb.

Aut.az