Salah əldən çıxdı, ona üz tutdular
PSJ mövsümün sonunda Maqna Akliuşu almağa çalışacaq.
Aut.az “L’Équipe”ə istinadən xəbər verir ki, parislilər bir müddət əvvəl “Liverpul”la müqaviləsini uzatmış Məhəmməd Salahın transferi alınmadığı üçün “Monako”nun yarımmüdafiəçisinə üz tutublar.
Mənbənin sözlərinə görə, Akliuşla “Mançester Siti” də maraqlanır.
Fransa olimpiya komandasının 23 yaşlı oyunçusu Liqa 1-də 27 matçında 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
Aut.az
