AlmaniyaDünya futbolu

Özü ilə razılaşdılar, qaldı…

Frankfurt “Ayntraxt”ının 24 yaşlı hücumçusu Randal Kolo Muani PSJ ilə şəxsi müqavilə bağlamağa razılaşıb.

Aut.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat verib.

Parislilərlə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin Fransa çempionu ilə Frankfurt klubu arasında danışıqlar hələ ilkin mərhələdədir.

Portal “Transfermarkt” oyunçunun transfer dəyərini 80 milyon avro qiymətləndirir.

Fransız futbolçu ötən yay “Nant”dan “Ayntraxt”a pulsuz keçib. 2022/23 mövsümündə Randal 46 oyuna çıxıb, 23 qol vurub və 17 məhsuldar ötürmə edib.

Aut.az