PSJ-dən “Real”a?
“Real” yarımmüdafiəçi xəttini ulduz futbolçu ilə gücləndirə bilər.
Aut.az xəbər verir ki, söhbət İtaliya millisinin və PSJ-nin orta sahə oyunçusu Marko Verrattidən gedir. Futbolçunun özü də bu varianta qarşı deyil. O, Fransadan ayrılmaq istədiyini və yeni çağırışlara açıq olduğunu bildirib.
30 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. 2012-ci ildən PSJ-də çıxış edən Verrattinin mövcud müqaviləsi 2026-cı ilə qədərdir.
