Məşhur stadionun yanğından sonrakı ilk görüntüləri yayımlandı – FOTOLAR
İsveçrənin “Bazel” klubu rəsmi saytında komandanın “Sankt-Yakob Park” stadionunda (Bazel, İsveçrə) baş vermiş yanğınla bağlı açıqlama yayıb.
Aut.az xəbər verir ki, eyni zamanda fotolar təqdim edilib.
“2026-cı il aprelin 10-u, cümə günü gec saatlarda “Sankt-Yakob Park” stadionunda – “Bazel”in soyunub-geyinmə otaqları yerləşən hissədə yanğın baş verib. Yanğının başvermə səbəbləri hələlik tam müəyyənləşdirilməyib.
Hadisə yerində ilkin rəsmi istintaq tədbirləri aprelin 14-ü, çərşənbə axşamı səhər saatlarınadək davam edib. Bundan sonra obyekt üzərindən rəsmi möhür götürülüb və həmin günün ikinci yarısında sığorta şirkətlərinin nümayəndələri, eləcə də yanğından sonra bərpa işləri üzrə ixtisaslaşmış müxtəlif qurumlar tərəfindən ərazilərə baxış keçirilib və ilkin ziyanın qiymətləndirilməsinə başlanılıb. Mövcud məlumatlara əsasən, yanğının ocağı sauna zonasında yerləşib”, – deyə açıqlamada bildirilib.
Aut.az


