İslam onunla döyüşəcək: Rəsmən açıqlandı
Yüngül çəkidə keçmiş UFC çempionu İslam Mahaçovun növbəti rəqibi məlum olub.
Aut.az xəbər verir ki, UFC-nin mətbuat xidmətinin məlumatına görə, İslam avstraliyalı Cek Della Maddalenaya qarşı titul döyüşü keçirəcək .
Döyüş 2025-ci il noyabrın 16-da Nyu-Yorkda (ABŞ) qarışıq döyüş növləri üzrə UFC 322 tədbiri çərçivəsində baş tutacaq.
Bundan əvvəl İslam Mahaçev könüllü olaraq UFC yüngül çəkidə çempionluq kəmərini tərk edərək, başqa çəki kateqoriyasına keçmək qərarına gəlib. Mahaçevin son döyüşü 2025-ci ilin yanvarında baş tutub və braziliyalı Renato Moykanoya qalib gəlib.
Aut.az
