O da UFC-nin Şöhrət Zalında olacaq
İkiqat UFC çempionu Mark Kerr UFC Şöhrət Zalına daxil ediləcək.
Aut.az xəbər verir ki, “The Wrecking Machine” ləqəbli 56 yaşlı amerikalı UFC 14 və UFC 15 ağır çəki turnirlərinin qalibidir. O, MMA karyerasına 12 ardıcıl qələbə ilə başlayıb.
Kerr “Pioner erası”nın 21-ci üzvü olacaq və oktyabrın 3-də premyerası olacaq “Wrecking Machine” filmində Kerr obrazını canlandıracaq Dueyn tərəfindən iyunun 26-da UFC Şöhrət Zalına daxil ediləcək.
Bu barədə məlumat Nyuarkda keçirilən UFC 316 yarışı zamanı verilib.
“Mark Kerr yüksək səviyyəli döyüşçü idi, o, həm də PRIDE yarışlarında iştirak edirdi və bu idmanın qabaqcıllarından biri idi”, – UFC prezidenti Deyn Uayt deyib.
Aut.az
