Məğlub oldu və karyerasını bitirdi
Amerikalı döyüşçü Stipe Mioçiç karyerasını başa vurub.
Aut.az xəbər verir ki, o, UFC 309 turnirimdə həmyerlisi Con Consa uduzduqdan sonra idmanı tərk etdiyini açıqlayıb:
“O, çox güclüdür, tarixin ən yaxşılarından biridir, biz bu zərbədən qorunmaq üzərində işləyirdik, amma mən düzgün blok etmədim və zərbə qabırğalarıma dəydi. Məni heç nə ilə təəccübləndirmədi, sadəcə, işimi görmədim. Bitirdim, əlcəklərimi asıram, karyeramı bitirirəm”.
Qeyd edək ki, Mioçiç üçüncü raundda Consa nokautla uduzub.
42 yaşlı döyüşçü karyerasını 20 qələbə, 4 məğlubiyyətlə tamamlayıb.
Aut.az
Aut.az
