Qaydasız döyüş

O, həyatını riskə atır, siz isə gülürsünüz: Pereyra kimi deyir?

Braziliyalı döyüşçü və yarımağır çəkidə UFC çempionu Aleks Pereyra son rəqibi Maqomed Ankalayevin meneceri Əli Əbdüləzizi sərt tənqid edib.

Aut.az xəbər verir ki, Pereyra bu barədə sosial şəbəkədə yazıb:

“Bir iş adamı heç vaxt idmançı olmayıb, amma pul və şöhrət üçün döyüşçünü məqsədləri üçün manipulyasiya edir.

Oğlan həyatını riskə atır, siz isə qəfəsdən kənarda oturub gülümsəyirsiniz”.

Oktyabrın 5-də Pereyra ilk raundda Ankalayevi nokaut edib və yüngül çəkidə UFC çempionu olub. Rusiyalının sosial media hesablarını idarə edən Əbdüləziz paylaşımlarında Aleksi tez-tez təhqir edir.

Aut.az