Qaydasız döyüş

Prezident onunla bağlı danışmaq istəmədi – Hazır deyil

UFC prezidenti Dana Uayt irlandiyalı UFC döyüşçüsü Konor Makqreqorun gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, Uayt onun döyüşünü təşkil etmək niyyətində olmadığını bildirib.

“Konorun gələcəyi? İndi heç nə bilmirəm. Baxın, bizim döyüş və turnir cədvəlimiz artıq təsdiqlənib. Makqreqorun sağlam olduğuna əmin olana qədər heç nə etməyəcəyəm. Bunu müzakirə etməyə belə dəyməz. O, indi hazır deyil. Bəs niyə bu barədə danışım?”- Uayt mətbuat konfransında bildirib.

Makqreqor iyunun 29-da amerikalı Maykl Çandlerlə döyüşməli idi, lakin zədə səbəbindən döyüşdən çıxdı. Daha sonra Konor avqust-sentyabr aylarında oktaqona qayıtmağı planlaşdırdığını açıqladı.

Konor Makqreqor 2021-ci ilin yayından, amerikalı Dastin Puare ilə döyüşdə ciddi zədələndikdən sonra oktaqona daxil olmayıb.

Aut.az