Tennis

Əfsanəvi tennisçi öldü

Tennis üzrə dəfələrlə SSRİ çempionu və şərhçi Anna Dmitriyeva 83 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Yuri Rost Telegram kanalında məlumat verib.

“İnanılmaz gözəlliyə malik olan Anna Dmitriyeva vəfat etdi. İllərdir ən yaxın, ürək dostum… Boşluq boğur”, – Yuri yazıb.

Dmitriyeva 18 dəfə SSRİ çempionu olub – 5 dəfə fərdi yarışda, 9 dəfə cütlükdə, 4 dəfə qarışıq növdə. O, həmçinin Beynəlxalq Tennis Federasiyasının himayəsi altında keçirilən turnirlərdə 12 dəfə fərdi, 13 dəfə cütlükdə qalib gəlib.

Aut.az