Əməliyyat olunduğunu açıqladı
Latviyalı tennisçi Anastasiya Sevastova dizindən əməliyyat olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, martın əvvəlində idmançı Ostində keçirilən WTA 250 turnirində Anna Karolina Şmidlovaya qarşı 1/4 final görüşünü başa vura bilməyib. O, əlil arabasında meydandan çıxarılıb.
“Son bir neçə həftə ərzində baş verən hər şeyi təsvir etmək çətindir. Bildiyiniz kimi, Ostində keçirilən matçda sol dizimi zədələdim. Müayinələrdən sonra məlum oldu ki, ön çarpaz bağım cırılıb və əməliyyat olunmaq qaçılmazdır.
Mən pozitiv qalıram, çünki ailəm məni dəstəkləyir və ən qısa zamanda yaxşı formada olacağam!”, – deyə idmançı sosial şəbəkə hesabında paylaşım edib..
Qeyd edək ki, keçən ilin noyabrında Sevastova qızının dünyaya gəlməsi ilə əlaqədar iki illik fasilədən sonra kortlara qayıtmışdı.

