Tennis

Əfsanə bir nömrə ilə qolf oynadı – FOTOLAR

20 qat “Böyük Dəbilqə” çempionu, sabiq dünya reytinqinin birincisi, isveçrəli tennisçi Roje Federer sosial şəbəkələrdə 6 dəfə “Böyük Dəbilqə” qalibi, hazırda dünyanın bir nömrəli tennisçisi olan ispaniyalı Karlos Alkarasla birgə fotolarını paylaşıb.

Aut.az xəbər verir ki, Federer və Alkaras birlikdə qolf oynayıblar.

“Leiver Kubokuna xoş gəlmisən, Karlos. Qolf meydanında yaxşı iş gördün. Ümid edirəm, tennis raketlərini də özünlə gətirmisən”, – Federer şəkilləri bu sözlərlə imzalayıb.

“Leiver Kubokuna hazırıqmı?” – deyə Alkaras Rodcerə cavab verib.

Alkaras Avropa yığmasının heyətində 2025-ci il Leiver Kubokunda iştirak etməyə hazırlaşır. Turnir 19–21 sentyabr tarixlərində ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək. Komandanın kapitanı isə 1983-cü ilin “Roland Garros” çempionu fransız Yannick Noa olacaq.

Aut.az

Əfsanə bir nömrə ilə qolf oynadı - FOTOLAR

Əfsanə bir nömrə ilə qolf oynadı - FOTOLAR

Əfsanə bir nömrə ilə qolf oynadı - FOTOLAR