Əfsanənin əmisi federasiya prezidenti oldu
“Böyük Dəbilqə”nin 24 qat qalibi Novak Cokoviçin əmisi Qoran Cokoviç Serbiya Tennis Federasiyasının prezidenti seçilib.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Buna qədər federasiyanın vitse-prezidenti vəzifəsində çalışmış Qoran Cokoviç 9 il Serbiya tennisinə rəhbərlik etdikdən sonra istefa verən Mirko Petroviçi əvəzləyib.
“Mənim məqsədim artıq başladığımız işləri təkmilləşdirməkdir. Bizim nə binamız, nə də milli təlim mərkəzimiz var. Mən bunun düzəldilməsini istəyirəm”, – deyə qurumun yeni rəhbəri bildirib.
QEyd edək ki, Cokoviçin əmisi ümumilikdə 7 il Belqrad və Sofiyada keçirilən ATP turnirlərinin direktoru olub.
Aut.az
