Noyabrda qayıda bilər
Dünya tennisinin sabiq lideri Rafael Nadal elə bu mövsüm korta qayıda bilər.
İspaniya yığmasının kapitanı David Ferrer, komandanın Devis Kubokunun finalına vəsiqə qazanacağı təqdirdə Nadalın 2023-cü ilin sonunda meydançaya qayıtmağı hədəflədiyini söyləyib.
Qeyd edək ki, ispaniyalı Avstraliya Açıq çempionatından sonra ombasından aldığı zədə səbəbindən oynamayıb. May ayında o, 2024-cü ilin onun karyerasında sonuncu olacağını açıqlamışdı.
Aut.az
