Tennis

Tarixin ən yaxşı tennisçiləri açıqlandı: Birinci yerdə kimdir?

Məşhur statistik portal “Global Statistics” bütün dövrlərin ən yaxşı tennisçilərinin reytinqini açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıya “Böyük Dəbilqə” turnirlərində qazandığı titulların və dünya reytinqində birinci pillədə keçirdiyi həftələrin sayına görə rekordçu olan Novak Cokoviç başçılıq edir.

İkinci yerdə 20 “Böyük Dəbilqə” titulunun sahibi olan isveçrəli Roje Federer qərarlaşıb. Üçüncü pillədə isə ispaniyalı Rafael Nadal yer alıb. O, xüsusilə torpaq örtüklü kortlarda qazandığı uğurlara görə “Torpaq örtüyünün kralı” kimi tanınır.

Dördüncü yeri 14 “Böyük Dəbilqə” titulunun sahibi olan amerikalı Pit Sampras tutur. Beşinci pillədə avstraliyalı Rod Leyver qərarlaşıb. Altıncı yerdə 11 “Böyük Dəbilqə” tituluna sahib olan isveçli Byorn Borq, yeddinci yerdə amerikalı Con Makinroy, səkkizinci pillədə isə çexiyalı İvan Lendl yer alıb.

Doqquzuncu yeri ABŞ təmsilçisi Cimmi Konnors tutub. İlk onluğu isə karyerası ərzində “Böyük Dəbilqə” turnirlərinin hamısını qazanan amerikalı Andre Aqassi tamamlayır.

Bütün dövrlərin ən yaxşı 10 tennisçisi:

  1. Novak Cokoviç
  2. Rocer Federer
  3. Rafael Nadal
  4. Pit Sampras
  5. Rod Leyver
  6. Byorn Borq
  7. Con Makinroy
  8. İvan Lendl
  9. Cimmi Konnors
  10. Andre Aqassi