Finallar bundan sonra Ərəbistanda olacaq
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad növbəti üç il ərzində – 2026-cı ilə qədər WTA Finallarına ev sahibliyi edəcək.
Aut.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
2024-cü ildə turnir noyabrın 2-dən 9-dək keçiriləcək. Turnirin püşkatma mərasimi ənənəvi olaraq tək və səkkiz cütlükdə səkkiz iştirakçı üçün nəzərdə tutulub. Keçən il Meksikanın Kankun şəhərində WTA Finalları keçirilib.
“WTA Finals” ilin sonunda keçirilən və reytinq liderləri üçün son yarış olan qadınlar arasında peşəkar beynəlxalq tennis turniridir.
