Təxribatçı suallardan sonra müsahibəni yarımçıq tərk etdi – VİDEO
Serb tennisçi Novak Cokovic “Uimbldon”da Holqer Rune ilə oyundan sonra verilən təxribatçı suallardan sonra BBC-yə müsahibəsini erkən bitirib.
Aut.az xəbər verir ki, dünyanın ikinci raketka ustasının oyun zamanı nümayişkaranə şəkildə rəqibi dəstəkləyən azarkeşlərlə bağlı suallar xoşuna gəlməyib. Matçdan dərhal sonra Cokoviç onların davranışını hörmətsizlik adlandırıb.
“Azarkeşlərin davranışından başqa nə iləsə bağlı sualınız var? – jurnalist sual verib.
“Siz ancaq buna yönəlmisiniz. Matç haqqında soruşmaq istərdinizmi? Bu, eyni mövzuda üçüncü sualdır! Artıq bu barədə istədiyim hər şeyi dedim. Mən matçı səbirsizliklə gözləyirəm, çətin olacaq” deyə Cokoviç növbəti rəqibi Aleks de Minaur haqqında danışıb və ayrılıb.
Aut.az
