Əla idi: Tətili belə keçirib
Dünya tennisinin iki nömrəsi Yannik Sinner tətilinin təfərrüatlarını paylaşıb.
Aut.az xəbər verir ki, tətili italyan ailəsi və dostları ilə keçirdiyini bildirib.
“Əla idi. Ailə, dostlar və sevdiklərinizlə vaxt keçirmək xüsusilə xoş idi. Mən o anları həqiqətən dəyərləndirirəm. Biz daim insanlarla əhatə olunmuşuq – bu əladır, lakin bəzən çətin olur.
Buna görə həqiqətən sakit yerlərə, doğma şəhərimə getməyi və ailəmlə vaxt keçirməyi xoşlayıram. Hər il tətilim olur və hər dəfə bir az fərqli olur. Amma gözəldir”, Sinner deyib.
Aut.az
